Honq Konq: etirazçılar prezident Trump-dan kömək istəyir

Honq Konq-da Amerika səfirliyinin önündə minlərlə etirazçı toplaşıb. Onlar ABŞ bayraqlarını dalğalandırırlar. Fotonun müəllifi Reuters
Image caption Honq Konq-da Amerika səfirliyinin önündə minlərlə etirazçı toplaşıb. Onlar ABŞ bayraqlarını dalğalandırırlar.

Honq Konq-da Amerika səfirliyinin önündə demokratiya hərəkatının iştirakçıları toplaşaraq ABŞ prezidenti Donald Trump-dan kömək istəyiblər.

İştirakçıların bəzilərinin əlində "Prezident Trump, Honq Konq-u xilas et", "Honq Konq-u yenidən qüdrətli et" şüarları yazılmış banerlər vardı.

Honq Konq administrasiyasının etirazçıların ən böyük tələblərindən biri - ittiham olunanların Çinə ekstradisiyasını təmin edəcək qanun layihəsini geri çağırsa da, 13 həftə davam edən etiraz aksiyaları səngimək bilmir.

Rəsmi Pekin birmənalı olaraq xarici qüvvələrin ölkənin daxili məsələlərinə qarışmasının qarşısını alırdı.

ABŞ səfirliyi önündə toplaşanlar Amerika bayrağı qaldıraraq prezident Trump-ı "Honq Konq-u Çindən azad etməyə" çağırıb.

Onlar ABŞ-ın demokrat-senatorların təklif etdiyi "Honq Konq-da insan haqları və demokratiya qanunu"-nu qəbul etməsini istəyirlər.

Bu qanun qəbul olunarsa ABŞ administrasiyasından xüsusi şərtlərlə aparılan ticarəti qorumaq üçün keçmiş Britaniya koloniyası olan ərazinin muxtar statusu haqda illik təsdiq tələb olunacaq.

Qanun həmçinin Honq Konq-da vətəndaş azadlıqlarının məhdudlaşdırılmasında ittiham olunan bəzi Çinli məmurlara qarşı sanskiya tətbiqini nəzərdə tutur.

Fotonun müəllifi Reuters

ABŞ məsələyə qarışacaqmı?

Donald Trump-ın Çinin dövlət başçısı haqda dediklərinə baxmayaraq Honq Konq-da demokratiya hərəkatının bəzi üzvləri ABŞ prezidentinin dəstəyinə ümid edir.

Şənbə günü ABŞ-ın müdafiə naziri söyləmişdi ki, sözügedən məsələdə Çin təmkinli davranmalıdır.

O, Çin hökumətini etirazçılarla danışıq aparmağa çağırmışdı.

"Mən şübhə etmirəm ki, Çin dövlət başçısı Xi istəsə Honq Konq-un problemini tez və insani həll edə bilər", - prezident Trump avqust ayında tvitində qeyd etmişdi.

Çin hökuməti nəinki xarici qüvvələrin qarışmasını istəmir, hətta ABŞ və Britaniyanı ölkənin daxili işinə qarışmaqda birbaşa ittiham edir.

Bu barədə daha geniş